Premyer Liqa klubunda itki: 3 ay oynamayacaq
09.08.2022 - 13:49
“Everton”un müdafiəçisi Ben Qodfrinin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi üç ay meydanlardan kənar qalacaq.
Buna futbolçunun ayağının qırılması səbəb olub. Premyer Liqanın I turunun “Çelsi” ilə görüşündə ağır zədə alan müdafiəçi əməliyyata məruz qalıb. Bərpa prosesinə başlayan Qodfri noyabrda heyətə dönəcək.
Qeyd edək ki, “Everton” “Çelsi”yə 0:1 hesabı ilə uduzub.
- VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan milliləri növbəti matçlarını keçirəcəklər
- AFFA "Kəpəz"i cəzalandırdı: 10 ev oyununu azarkeşsiz keçirəcək
- Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
- Dmitri Kruqlov: “Estoniya Bakıda qalib gələcək” - MÜSAHİBƏ
- “Beşiktaş” milli üzvü ilə müqaviləni ləğv etdi
0
0