Premyer Liqa klubundan 20 milyonluq transfer
17.01.2023 - 09:30
İngiltərənin “Nottinhem Forest” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Danilo dos Santosu transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayındək müqavilə imzalanıb.
Braziliyalı üçün “Palmeyras”a 20 milyon avro ödəniləcək. Bu, klubun Premyer Liqaya qayıdışından sonra 25-ci transferidir.
Qeyd edək ki, Danilo 2022-ci ildə 28 oyunda 1 qol vurub.
- “Qarabağ” - “Ayntraxt” oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
- Mariya Stadnik 250 güləşçiyə ustad dərsi keçib
- “Fənərbaxça”nı dayandıran tapılmır: KOMANDADAN NÖVBƏTİ QƏLƏBƏ
- “Atletiko”nun hücumçusu ölkəsində çıxış edəcək
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
0
0