Premyer Liqa klubunun baş məşqçisi istefa verib
18.10.2025 - 19:44
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, "Nottingem Forest" Anqe Postekoqlu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Anqe Postekoqlu sentyabrın 9-da "Nottingem Forest"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Premyer Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
- "Çelsi"nin argentinalı futbolçusu İspaniya yolunda
- “Fənərbağça”nın sabiq futbolçusu “Sabah”la müqavilə imzaladı
- U-15 və U-16 Liqasında yeni mövsümün püşkü atılıb
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- Ronaldo "YouTube" platformasında rekorda imza atıb
0
0