Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
                    
                    18.11.2024 - 15:22
                        
                    
                    "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur İngiltərə Futbol Federasiyası tərəfindən 7 oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, buna səbəb Bentankurun komanda yoldaşı Heunq-min Sona qarşı irqçilik etməsi olub.
Uruqvayda televiziya proqramında çıxış edən Bentankur Son haqqında danışarkən "koreyalıların hamısı bir-birinə bənzəyir" deyə komanda yoldaşını təhqir edib.
27 yaşlı futbolçu daha sonra sosial media hesabında üzr istəyib və ifadələrinin "çox pis zarafat" olduğunu qeyd edib.
                                
                                0
                                
                                0