Premyer Liqa klubunun skautları Braziliyada
15.11.2022 - 14:07
“Nyukasl”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Botofoqo”nun hücumçusu Ceffersonun xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisinin skautları Braziliyaya yollanıb. Onlar hücumçunun “Santos”la oyundakı çıxışını canlı izləyib.
Cefferson digər klubların da marağını çəkib. “Ayaks”la “Vest Hem” də 22 yaşlı forvardı heyətində görmək istəyir.
Qeyd edək ki, braziliyalı hücumçu A seriyasının son mövsümündə 24 oyunda 2 qol vurub.
- Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
- Mikelsin vəziyyətinə aydınlıq gəlib - QABIRĞASI ƏZİLİB
- “Sabah” – “Sent Patriks Atletik” oyununa 3500 bilet satılıb
- Keyn millinin tarixinə düşdü: 4-cü pilləyə yüksəldi
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
0
0