İngiltərə Premyer Liqasında cari mövsüm ən çox seyv edən qapıçıların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma orta hesabla faiz nisbətinə əsasən aparılıb.
Siyahıya “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa başçılıq edir. İspaniyalı qolkiper çərçivəyə gələn zərbələrin 91,3 faizinə düzgün reaksiya göstərərək komandasını qoldan xilas edib. İkinci pillədə onun “Nyukasl”lı həmkarı Nik Pul qərarlaşır. İlk “üçlüy”ü isə “Everton”un qolkiperi Cordan Pikford qapayır.
1. Kepa Arrizabalaqa (“Çelsi”) - 91,3 faiz
2. Nik Poul (“Nyukasl”) – 78,7
3. Cordan Pikford (“Everton”) - 78,2
4. Lukaş Fabyanski (“Vest Hem”) - 77,3
5. Neto (“Bornmut”) - 74,2
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 13 tur geridə qalıb.
- Morata 50 milyonluq təklifdən imtina etdi
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Çempionlar Liqası: “Neftçi”nin rəqibləri müəyyənləşib
- Juninyo: "Qoldan çox, yaxşı oynamağı fikirləşirəm"
- “Kəpəz”ə “yox” deyən baş məşqçilər kimlərdir? - Eksklüziv