Premyer Liqada üçüncü ən məhsuldar ötürmə ustası
01.02.2024 - 09:33

Kevin De Bruyne şəxsi uğurlarına daha bir yenisini əlavə edib.
Apasport.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Premyer Liqada 104-cü məhsuldar ötürməsini edib.
Belçikalı futbolçu XXII turun "Bernli" ilə (3:1) matçında Xuan Alvaresin vurduğu ikinci qolda yaxından iştirak edib.
Bununla da 32 yaşlı De Bruyne Ueyn Runini (103) geridə qoyaraq, üçüncü yerə yüksəlib. O, ikinci sırada yer alan Sesk Fabreqasa (111) çatmaq üçün 8 məhsuldar ötürməyə ehtiyac duyur.
Xatırladaq ki, bu sahədə rekordun müəllifi 162 qol ötürməsi ilə əfsanəvi uelsli futbolçu Rayan Giqqsdir.
- "Fənərbaxça" "Qalatasaray"dan daha yaxşı şərtlər təklif etdi
- “Sumqayıt”ın yeni transferi: "Hədəfimiz pley-offa vəsiqə qazanmaq"
- Premyer Liqa: “Çelsi”dən ev qələbəsi
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”
0
0