Premyer Liqada yeni hücumçu
26.08.2023 - 16:20
“Udineze”nin futbolçusu Beto karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, hücumçu “Everton”a keçə bilər.
Liverpul təmsilçisi forvard üçün 30 milyon avro təklif edib. İtaliyalılar bu məbləği artırmaq niyyətindədir. Futbolçunun özü də keçidə razılıq verib.
Qeyd edək ki, Beto ötən mövsüm 34 oyunda 10 qol vurub.
- KDÇ: PSJ və “Real” yarımfinalda - YENİLƏNİB
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- "Çalhanoğlu dünyanın ikinci ən güclü mərkəz yarımmüdafiəçisidir”
- Ölkə kubokunda yarımfinalın proqramı MÜƏYYƏNLƏŞİB
- Aleks de Souzanı sabiq "Fənərbaxça"lı əvəzləyəcək
0
0