Premyer Liqadan La Liqaya
14.04.2025 - 22:38

"Real Madrid" hazırda "Liverpul"un heyətində çıxış edən Aleksis Mak Allisterlə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu Madrid klubunda karyerasının sonunu yaşayan Luka Modriçi əvəzləyə bilər.
26 yaşlı yarımmüdafiəçi bu təklifə müsbət yanaşır.
Xatırladaq ki, Argentina millisinin üzvü mersisaydlılara 2023-cü ildə "Brayton"dan 42 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, Mak Allister bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 45 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqanın ən uzun məğlubiyyətsiz seriyaları - SİYAHI
- Paşa Əliyev: "Əcnəbi mütəxəssislərdən imtina etməliyik" - Müsahibə
- Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
0
0