Premyer Liqanı İtaliya çempionatına dəyişdi
                    
                    04.02.2025 - 11:49
                        
                    
                    İtaliya A Seriya təmsilçilərindən “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi “Nyukasl”dan Loyd Kellini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi satınalma variantı ilə icarəyə götürülüb.
Qeyd edək ki, Kelli cari mövsümdə 14 oyunda forma geyinib.
                                
                                0
                                
                                0