PSJ 50 milyon avroya müdafiəçi alır
29.01.2024 - 17:59
PSJ Fransanın digər klubu "Lill"də çıxış edən müdafiəçi Leni Yoro ilə maraqlanmağa davam edir.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Paris nəhəngi fransalını tam hüquqlu transfer və ya sonradan satın almaq hüququ ilə icarəyə götürməyə hazırlaşır. Fransa çempionu futbolçu üçün "Lill"ə 50 milyon avro təklif etmək niyyətindədir.
18 yaşlı futbolçi “Lill” Akademiyasının məzunudur. O, bu mövsüm 24 oyun keçirib və 3 qol vurub. “Transfermarkt” portalı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
- “Liverpul” Arne Slotla bağlı qərarını verib
- Rail Məlikov: "Heç olmasa Estoniyadan xal almalıyıq" - Müsahibə
- Xavi "Barselona"dan ayrılır - Rəsmi
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
- I Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
0
0