PSJ-nin kapitanı bəlli olub.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Luis Enrikenin təşəbbüsü ilə kapitanı komandanın futbolçuları seçib.
Bunun üçün onlar arasında gizli səsvermə keçirilib. Braziliya millisinin 29 yaşlı müdafiəçisi Markinyos Fransa klubunun kapitanı olub. Əvvəllər də bu vəzifəni yerinə yetirən arxa xətt oyunçusunun vitse-kapitanları da müəyyənləşib. Portuqaliyalı Danilu Pereyra, fransalılar Presnel Kimpembe və Kilian Mbappe Markinyosun yoxluğunda sarğını daşıyacaq.
Qeyd edək ki, 2013-cü ildən PSJ-də forma geyinən Markinyosun müqaviləsi 2028-ci ildə başa çatacaq.
- Ronaldo: “Mançester Yunayted”də məni ayrılmağa məcbur edirlər”
- Elvin Məmmədov: "Qarabağ" böyük hesabla qalib gələcək" - Müsahibə
- Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir
- Millimizin 3 üzvü dünya çempionatında bürünc üçün yarışacaq
- AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib