PSJ Donnarumanı əvəzləyə bilər
12.04.2024 - 23:45

PSJ qapıçısı Canluici Donnarumanın çıxışından narazıdır.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Luis Enrike bu mövqeyə yeni futbolçu təklif edib.
İspan mütəxəssis "Atletik Bilbao"nun qapıçısı Unai Simonu heyətə qatmaq istəyir. Potensial yeni qolkiperin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Qapıçının bask təmsilçisi ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. İspaniya çempionatının bu mövsümündə Unai 29 görüşdə iştirak edib, 26 qol buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.
- Azərbaycanın güləş milliləri Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb
- Azər Bağırov: “Futbolçulardan əsas tələbimiz odur ki…”
- Jurnalistlər arasında "Zəfər Kuboku" keçiriləcək
- Rimas Kurtinaytis: “Hesab oyuna görə deyil“
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
0
0