PSJ "Fənər"lə razılaşıb: Şkrinyar İstanbula gəlir
30.07.2025 - 17:56
"Fənərbaxça" PSJ-yə məxsus olan Milan Şkrinyarın keçidini həll edib.
Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Klublar arasında razılıq əldə olunub.
30 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.
Qeyd edək ki, Milan Şkrinyar 2024/2025 mövsümünün ikinci yarısında icarə əsasında "Fənərbaxça"nın formasını geyinib. 30 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Bakının kənd və qəsəbələri arasında keçirilən minifutbol turnirinin final cütü bəlli olub
- Mbappe üçün 200 milyonluq təklif
- Andrade: “Atletik"lə fərdi olaraq, "Heken"lə görüşdə isə komanda olaraq tarix yazdıq”
- Boksçularımızın dünya çempionatında ilk rəqibləri bəlli oldu
- "Liverpul" onunla da müqavilə yeniləyəcək
0
0