Türkiyənin "Qalatasaray" klubu rus futbolçu Aleksey Batrakovun transferi istiqamətində mühüm addım atıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Moskvanın "Lokomotiv" klubunda çıxış edən yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib.
Bildirilib ki, "Qalatasaray" artıq Rusiya klubuna futbolçu ilə bağlı məktub göndərib.
Tərəflər arasında transferlə bağlı rəsmi danışıqlara start verilib.
Oyunçuyla yay transfer dövründə PSJ də yaxından maraqlanırdı.
Qeyd edək ki, 21 yaşlı Aleksey Batrakov ötən mövsüm "Lokomotiv"in heyətində bütün turnirlərdə 40 oyuna çıxaraq 17 qol vurub və 14 məhsuldar ötürmə edib. O, Rusiya millisinin də üzvüdür.
- "Tottenhem"dən "Mançester Siti"yə "soyuq duş", "Arsenal" və "Çelsi"dən qələbə
- Azərbaycan klubu yarışlardan kənarlaşdırılıb
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- “Tottenhem” iranlı futbolçu istəyir