“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo Muani ilə icarə müqaviləsi imzalayıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Turin klubuna 6 ay müddətinə, satın alma şərti olmadan icarə əsasında keçib.
23 yaşlı forvard tibbi müayinədən keçmək üçün bu həftə Turinə uçacaq. Parislilər onun tam transferində və ya alınmasında israrlı olsalar da, futbolçunun özü danışıqları tez başa çatdırmaq üçün “Yuventus”dan gələn təklifdə israr edib.
Kolo Muani bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, Paris klubuna 2023-cü ilin yayında, 95 milyon avroya keçib.
- "Mançester Siti" ulduz futbolçusu ilə yollarını ayıra bilər
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
- Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına başlayıb
- "Real Madrid"də ayın ən yaxşı oyunçusu bəlli olub
- Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi proqrama start verilib - FOTO