PSJ-nin prezidenti Nasser El-Xelaifi baş tutmayan Avropa Superliqası haqda növbəti dəfə maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, qətərli iş adamı qurumun yaradıcıları olan “Real”, “Barselona” və “Yuventus” rəhbərliyinə söz atıb.
El-Xelaifi adıçəkilən klubların rəhbərlərinin futbol anlayışının aşağı olduğunu söyləməkdən çəkinməyib: “Düzünü desəm, Superliqanın yaradıcılarına yazığım gəlir. Bununla futbolu, onun ekosistemini heç anlamadıqlarını göstərirlər. Futbol qanuni deyil, sosial müqavilədir. Futbol klublar və oyunçular, oyunçular və azarkeşlər, azarkeşlər və digər icmalar arasında əlaqədir. Bunu dəyişdirmək olmaz”.
Qeyd edək ki, Avropa Superliqası 12 nəhəng klubun razılığı ilə yaradılsa da, tezliklə fəaliyyətini dayandırmalı olub.
- "Neftçi" endirim etdi: "Sumqayıt"la matçın biletləri satışda
- Şeydayev Tailandda xoşbəxt deyil - Türkiyədən təkliflər var
- Luis Enrikenin taleyinə aydınlıq gəlib
- "Şamaxı" ilə "Qarabağ" arasında keçiriləcək oyunların yeri dəyişdirilib
- “Fənərbaxça” VAR danışıqlarını tələb etdi: “Matçı yenidən oynamağa hazırıq”