PSJ “topçu” alır
16.10.2022 - 22:31
“Arsenal”ın futbolçusu Vilyam Saliba karyerasını Fransada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi PSJ-nin hədəfindədir.
Onun London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Fransalılar “topçular”ın müdafiəçisini almaq üçün 40 milyon avro ödəməlidir.
PSJ nümayəndələri Salibanın agenti ilə danışıqlara başlayıb. Lakin futbolçu İspaniya klublarının da maraq dairəsindədir.
Qeyd edək ki, bu yay “Marsel”dən “Arsenal”a keçən Vilyam Premyer Liqada 9 matça 2 qol vurub.
- Cüdoçu gəlin toydan qabaq bəyi yerə çırpdı - VİDEO
- Qurban Qurbanov: “Özlərində güc tapdılar və mübarizə apara bildilər”
- Autsayder "Mançester Siti"ni Liqa Kubokundan uzaqlaşdırdı
- "Milan" ilk dəfə Avropa Liqasının 1/4 finalına yüksəlib
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"
0
0