"Qalatasaray" azarkeşlərinə şad xəbər: Derbidə çıxış edə bilər
29.11.2025 - 18:23
"Qalatasaray" Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində səfərdə "Fənərbaxça"nın qonağı olacaq.
Apasport.az xəbər verir ki, İstanbul derbisi öncəsi "sarı-qırmızılar"a zədəli oyunçularından sevindirici xəbər gəlib.
Viktor Osimhen, Mario Lemina və Yunus Akgün zədəsini sağaldıb. Üç futbolçu da bu gün komanda ilə birlikdə məşq edib. Baş məşqçi Okan Buruk şans versə, onlarda meydanda olacaqlar.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 1 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
- Baqanın qızı Azərbaycan yığmasında, həyat yoldaşı federasiyada
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Fransalı müdafiəçi “Milan”da qalmağa qərar verdi
- Qurban Qurbanov: “Mütləq heyəti gücləndirmək istəyirik”
- “Barselona"nın prezidenti Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb
0
0