"Liverpul"un futbolçusu Harvi Elliott karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Sarı-qırmızılar" danışıqlar aparmaq üçün Elliottu meneceri ilə birlikdə İstanbula gətirib. "Aslanlar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Sumqayıt" - "Fehervar" matçının biletləri satışa çıxıb
- Məşhur futbol veteranı: "O, "İnter"də məni məhv etdi"
- “Zirə” milli komandanın üzvünü heyətinə qatmaq istəyir
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- Ərəblərdən Argentina ilə oyun öncəsi qərar