Xəbər verdiyimiz kimi, Super Liqa təmsilçilərindən "Qalatasaray" heyətini Alvaro Morata ilə gücləndirib.
Apasport.az-ın məlumatına görə, "cimbom" "Milan"ın futbolçusunu 20 yanvar 2026-cı ilə qədər icarəyə götürüb.
İstanbul klubu bunun üçün İtaliya təmsilçisinə 6 milyon avroluq müvəqqəti transfer haqqı ödəyəcək.
Futbolçuya 2024-2025 mövsümünün ikinci yarısı üçün 3 milyon avro, 2025-2026 mövsümünün ilk yarısı üçün 3 milyon avro qonorar ödəniləcək.
Bundan əlavə, "sarı-qırmızılılar" 15 yanvar 2026-cı il tarixinə qədər yazılı bildiriş vermək şərti ilə 8 milyon avro qarşılığında forvardın transferini həyata keçirmək imkanına sahibdir. Komanda bu məbləği də hissəli şəkildə ödəyə bilər.
Həmçinin "Qalatasaray" 15 yanvar 2026-cı il tarixinə qədər alqı-satqı variantından istifadə etməsə, icarə müddətini pulsuz olaraq 30 iyun 2026-cı il tarixinə qədər uzada bilər.
Qeyd edək ki, Morata bu mövsüm 25 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
- Bernardo Silva qərarını verdi: "Qalatasaray"ın təklifinə cavab
- Morata gəldiyi yerə geri dönür
- Premyer Liqa: “Zirə” – “Qarabağ” matçının vaxtı məlum olub
- "Formula 1"in dünyada ilk rəsmi sərgisi baş tutdu
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə