“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir
02.09.2024 - 21:08

Super Liqa təmsilçilərindən "Qalatasaray" "Napoli"nin futbolçusu Viktor Osimhenin transferini başa çatdırmağa yaxındır.
Apasport.az DHA-ya istinadla xəbər verir ki, “Qalatasaray" Osimheni icarə əsasında heyətinə qatacaq.
"Sarı-qırmızılılar" nigeriyalının transferi üçün "Napoli" və futbolçu ilə anlaşıb.
Hücumçu bu axşam İstanbula gələcək.
O, sağlamlıq müayinəsindən keçdikdən sonra "Qalatasaray"la müqavilə imzalayacaq.
100 milyon avro dəyərində dünyanın 4-cü ən dəyərli mərkəz hücumçusu olan Osimhen "Qalatasaray"da 1 mövsüm icarə əsasında çıxış edəcək.
- Azərbaycan futbolunda yeni inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib
- "Borussiya" minimal hesablı qələbə qazandı - YENİLƏNİB
- Millimizdən irəliləyiş
- Azərbaycan millisi 1/4 finalda
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
0
0