"Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb
22.04.2025 - 08:14
"Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb

"Qalatasaray" uruqvaylı futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, klub bu barədə Türkiyə Futbol Federasiyasına məlumat verib. 

Lukas Torreyra "Qalatasaray"la neçə illik müqavilə bağlayıb?

"Cimbom" müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Lukas Torreyra ilə sözləşməni 2028-ci ilə qədər uzadıb.

2022-2023 mövsümündə "Arsenal"dan 6 milyon avroya transfer olunan Lukas Torreyra "Qalatasaray"ın ən önəmli futbolçularından birinə çevrilib.

Lukas Torreyranın performansı və statistikası

Uruqvaylı yarımmüdafiəçi “Qalatasaray”la 2 dəfə Super Liqa və Superkubok qazanıb.

Torreyra "sarı-qırmızılar"ın heyətində 123 matça çıxıb, 4 qol vurub, 11 məhsuldar ötürmə edib.