“Qalatasaray” xorvatiyalı futbolçu ilə maraqlanır
28.10.2024 - 17:04
İtaliya A Seriya klublarından “Atalanta”nın futbolçusu Mario Paşaliç qışda klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, “Qalatasaray” 29 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk həm 6, həm də 8 nömrə mövqeyində oynamağı bacaran Paşaliçin transferində israrcıdır.
Mario bu mövsüm A Seriyasında 9 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
- Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 İYUL
- Yamal “Barselona”nın yeni “10 nömrəsi” olacaq
- Azərbaycanlı hakim "Fənərbaxça"nın ÇL matçını idarə edəcək
- Dursun Özbek: “Eren Elmalı və Metehan Baltacı eyni tərəziyə qoyulmamalıdır”
- Azərbaycan millisinin üzvü: "Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq"
0
0