
Dortmund “Borussiya”sından ayrılan Aksel Vitsel bir neçə Avropa klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçini istəyən komandalardan biri də “Qalatasaray”dır.
İstanbul təmsilçisində prezident postuna namizədlər azad agent statusu daşıyan Belçika millisinin üzvünə “cim-bom”un formasını geyindirmək niyyətindədir. Ancaq “sarı-qırmızılılar”ın şansı o qədər də yüksək qiymətləndirilmir. Çünki “Yuventus”, “Tottenhem” və “Mançester Yunayted” də Vitselin meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Aksel Vitsel cari mövsüm bütün turnirlərdə keçirdiyi 41 oyunda 2 qol vurub.
- Rauf Əliyev: “Belçika ilə matçda da futbolçularımız bunu etməlidirlər” - MÜSAHİBƏ
- "Trabzonspor" rəhbərliyi 0:5 uduzan məşqçi barədə qərar verdi
- Səhvləri-doğrularıyla bu dünyadan keçən “argentinalı Məsih” - ULDUZLAR
- "Trabzonspor" - "Fənərbaxça" oyunu ilə bağlı TFF-dən açıqlama
- Kərim Benzema: "Onu tənqid edənin futboldan xəbəri yoxdur"