Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Ştutqart"da çıxış edən Enzo Millotdur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" fransalı yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar" 22 yaşlı oyunçu üçün onun müqaviləsində yer alan 18 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Ştutqart" Enzo Millotu 2021-ci ilin avqust ayında "Monako"dan transfer edib. Fransa U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Şamaxı"nın yeni rəhbəri açıqlandı
- "Fənərbaxça" Amrabat üçün İtaliya klubuna rəsmi təklif göndərib
- Elvin Məmmədov: "Ən əsası odur ki, Arif Əsədov azərbaycanlıdır və ..." - Müsahibə
- MLS-də inqilab - Yeni futbol qaydaları
- Həsrət Cəfərov: “III MDB Oyunları - Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir”