"Qalatasaray"da almaniyalı sol cinah müdafiəçisi
06.02.2024 - 13:08

"Qalatasaray" yeni sol cinah müdafiəçisi ilə heyətini gücləndirmək istəyir.
Apasport.az "Milliyet"ə istinadla xəbər verir ki, "Qalatasaray" "Hannover"də futbol oynayan Derrik Köhnü transfer etmək üzrədir .
İstanbul təmsilçisi almaniyalı üçün "Hannover"ə 400 min avroluq icarə təklifi edib. Digər tərəfdən "sarı-qırmızılı"lar 25 yaşlı futbolçu üçün transfer hüququ olaraq 2 milyon avro təklif edib.
Qeyd edək ki, bu mövsüm Bundesliqa 2-də 20 matça çıxan Köhn 3 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
- “Sumqayıt”ın basketbolçusu: “Burda əsl istedadımı nümayiş etdirə bilirəm”
- Osimhenə Premyer Liqadan növbəti müştəri
- Avropa Liqası: "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" bir-birinə rəqib olacaq?
- Sevgilisi "Qarabağ"a transferinə mane oldu – SON DƏQİQƏ
- Sərbəst güləş millimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu
0
0