“Qalatasaray” prezidenti Dursun Özbek Avropa klublarının maraq dairəsində olan Barış Alper Yılmazla görüşüb.
Apasport.az xəbər verir ki, görüş mövsüm başa çatdıqdan sonra baş tutub.
İddialara görə, Özbek futbolçuya mövsümün əvvəlində komandada qalaraq çempionluqda böyük pay sahibi olduğunu bildirib.
Dursun Özbekin futbolçuya “bizim qəbul edə biləcəyimiz səviyyədə təklif gələcəyi halda, bu dəfə Avropaya transferinə icazə verəcəyəm” dediyi öyrənilib.
Qeyd edək ki, mövsümün əvvəlində Barış Alper Yılmaza Avropa və ərəb klublarından ciddi təkliflər var idi. Yılmaz ayrılmaq istəsə də, rəhbərlik onun transferinə razılıq verməmişdi.