"Qalatasaray"dan növbəti transfer bombası: Fransa klubuna rəsmi təklif göndərdilər
06.02.2025 - 16:18
Super Liqa təmsilçilərindən "Qalatasaray" yarımmüdafiəçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Liqa 1 klublarından "Lens"in futbolçusu ilə maraqlanır.
"Cimbom" artıq Prjemislav Frankovski üçün Fransa təmsilçisinə rəsmi təklif göndərib.
"Lens" bu transfer üçün İstanbul nəhəngindən 7 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Polşa millisinin üzvü cari mövsümdə 21 matça çıxıb, 5 qol və 2 ötürmə ilə yadda qalıb.
- Linqard da Cerardın yanına yollandı
- ATF: Kişi və qadınlardan ibarət milli komandalara məşqçi təyinatları
- Azərbaycanı Yunanıstandakı yarışda təmsil edəcək güləşçilər müəyyənləşib
- Messi Niderland – Argentina oyununun hakiminə niyə zəng edib?
- Paris-2024: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır - Günün proqramı
0
0