“Qalatasaray”dan yeni transfer
15.07.2026 - 22:20
“Qalatasaray”dan yeni transfer

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Bernli” klubundan Lesli Çimuanya Uqoçukvunu satınalma şərti ilə icarəyə götürüb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan icarə müqaviləsinin dəyəri 3 milyon funt sterlinq təşkil edir.

Müqavilədə yer alan satınalma bəndi isə 22,5 milyon funt sterlinq məbləğində müəyyənləşdirilib.

Razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi mövsüm ərzində 2,65 milyon avro məbləğində məvacib əldə edəcək.