“Qalatasaray”dan yeni transfer - İSTANBULA GƏLDİ
09.01.2026 - 18:11
Münhenqladbax “Borussiya”sının futbolçusu Can Armando Güner karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Qalatasaray” türk əsilli argentinalı vingerin keçidini həll edib.
18 yaşlı oyunçu tibbi yoxlanışdan keçmək və “sarı-qırmızılılar”la müqavilə imzalamaq üçün İstanbula gəlib.
Qeyd edək ki, Can Armando Güner bu mövsüm “Borussiya”nın U-19 komandasının heyətində 14 rəsmi matçda iştirak edərək 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Argentinanın U-17 milli komandasının üzvüdür.
- Raziyə Əliyeva: “Bu gün oyunumuz yaxşı alındı”
- İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib
- Emre Belözoğlu Çempionşip komandasında çalışa bilər
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- “Qarabağ”dan tarixi qələbə: ölkə əmsalı artdı
0
0