"Qalatasaray"ın futbolçuları Super Liqa klubunun hədəfində
17.12.2025 - 17:17
"Qalatasaray"ın futbolçuları Berkan Kutlu və Ahmed Kutucu qış transfer pəncərəsi zamanı komandada ayrıla bilərlər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Konyaspor" hər iki oyunçunun xidmətində maraqlıdır. Baş məşqçi Çağdaş Atan Kutlu ilə Kutucunu komandasında görmək istəyir. "Ağ-yaşıllar" İstanbul təmsilçisində heyətə düşə bilməyən yarımmüdafiəçiləri yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Ahmed Kutucu bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib. Berkan Kutlu isə 9 matçda 1 assistlə yadda qalıb.
- Paris-2024: Murad Məmmədov qızıl medal şansını itirdi
- “Qarabağ” Monteneqro millisinin futbolçusunu istəyir
- Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...
- DÇ-2022: Futbolçuları ən çox qol vuran liqalar və klublar - SİYAHI
- Azərbaycan çempionunun baş məşqçisi: “İlk oyunlar isə hər zaman ağır olur”
0
0