“Qalatasaray”ın futbolçusu əməliyyat olundu
27.05.2025 - 21:20

Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Yunus Akgün əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı vingerin sol dizindən cərrahi əməliyyat keçirildiyi bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “sarı-qırmızılılar”ın heyətində çıxış etdiyi 44 rəsmi matçda 12 qol vurub, 14 qol ötürməsi ilə yadda qalıb.
0
0