“Qalatasaray”ın şikayəti təmin edilməyib
26.11.2025 - 21:20
Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Məhkəməsi “Qalatasaray”ın futbolçusu Eren Elmalının cəzası ilə bağlı yekun qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, mərc oyunlarında iştiraka görə 45 günlük cəza alan futbolçunun etirazı təmin edilməyib və qərar qüvvədə saxlanılıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bu səbəbdən Eren Elmalı Super Liqada dekabrın 1-də keçiriləcək “Fənərbaxça” ilə derbidə komandasına kömək edə bilməyəcək.
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatına üzv seçilib
- Millimizin 3 boksçusu finalda
- Qurban Qurbanov: “Xahiş edirəm ki, mənə bir də bu barədə sual verməyəsiz”
- “Fənərbağça”nın sabiq futbolçusu “Sabah”la müqavilə imzaladı
0
0