“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı
06.01.2023 - 15:17
“Qalatasaray”ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb.
Apasport.az saytı xəbər verir ki, tanınmış iş adamı üçüncü divizionda mübarizə aparan “Şarlerua” komandasına sahib olub.
Belçika klubu satışla bağlı açıqlamasında “Şarlerua – Qalatasaray gələcəyə birlikdə və əl-ələ” şüarı ilə irəliləyəcəklərini bəyan edib. Bildirilib ki, yeni prezident maliyyə və idman sahəsində onlara dəstək verəcək.
Qeyd edək ki, 111 yaşlı komanda Belçika III divizionunda bu mövsüm 17 görüş keçirib. Bu oyunlarda 36 xal toplayan “Şarlerua” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Azərbaycan millisinin sabiq baş məşqçisi Məşqçilər Komitəsində
- Azərbaycan karateçiləri Avropa çempionatında iki medal qazanıb
- “Neftçi”dən azarkeşlərə jest - Biletlərdə endirim edildi
- Türkiyədə klub prezidenti aclıq aksiyasına başlayıb
- Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
0
0