"Qalatasaray"lı futbolçuların motivasiyası üçün növbəti səbəb
14.01.2025 - 12:58
Türkiyə Super Liqası komandalarından “Qalatasaray”ın Prezidenti Dursun Özbek oyunçularını sevindirib.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özbek Super Liqanın 19-cu turu çərçivəsində səfərdə “Başakşehir”i 2:1 hesabı ilə məğlub edən oyunçulara toplam 15 milyon lirə bonus verəcək.
Həmçinin prezident klubun qarşıdakı oyunları da qalibiyyətlə başa vuracağı təqdirdə, bonusun artacağını bildirib.
Qeyd edək ki, 19 turu geridə qalan Türkiyə Super Liqasında “Qalatasaray” 50 xalla vahid liderdir.
- Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...
- Azərbaycanın 2 güləşçisi Bolqarıstanda medal qazandı
- Super Liqa: "Fənərbaxça"dan darmadağın
- AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir
- "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
0
0