Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da ən yaxşılar sırasında yer alıb.
Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb. Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.
Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğra malikdir. “Qarabağ”ın üç şəriki arasında “Mançester Siti”də var.
Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə “Malmö”, Monteneqroda “Sutyeska”da nail olub.
- Füzulidə "Mingəçevir reqatası-2024” iştirakçılarının rəsmi paradı olub
- Foden ilk dəfə 20-dən çox qol vurdu
- Türkiyəli Olimpiya mükafatçısı Milli Gimnastika Arenasının qonağı olub
- “Trabzonspor” 19 yaşlı oyunçu üçün “Qalatasaray”a “yox” dedi
- Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida - YENİLƏNİB