“Qəbələ”dən ayrılan hücumçu Ukrayna klubunda
31.08.2024 - 12:51
“Qəbələ”dən ayrılan Osama Xalaylanın yeni ünvanı məlum olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu Ukrayna təmsilçisi LNS-yə keçib. Bu barədə Çerkası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xalayla ilə 1 illik müqavilə imzalanıb.
İsrailli forvard “Qəbələ” ilə ötən mövsüm Premyer Liqada 33 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
LNS Ukrayna Premyer Liqasında mübarizə aparır. Komanda 4 turdan sonra 9 xalla 3-cü sıradadır.
- DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yer almayıb
- Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazanıblar
- ACF turunun birinci turniri start götürür
- “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi baş tutub - FOTO
- Samir Abasov: "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb"
0
0