“Qızıl top”un təqdimat tarixi açıqlandı
20.05.2025 - 01:26
“Qızıl top”un təqdimat tarixi açıqlandı

Dünyanın ən nüfuzlu fərdi futbol mükafatlarından biri olan “Qızıl top” bu il sentyabrın 22-də təqdim olunacaq.

Apasport.az xəbər verir ki, “France Football” jurnalının təşkil etdiyi 69-cu təqdimat mərasimi Parisdə yerləşən məşhur “Şatle” teatrında keçiriləcək.

Bu dəfə mükafat 2024/25 mövsümünün nəticələrinə əsasən ən yaxşı futbolçuya veriləcək.

Qeyd edək ki, ötən il “Qızıl top”u “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri qazanmışdı.