Qrosso “Lion”a məşqçi kimi dönə bilər
14.09.2023 - 00:13
İtaliyalı mütəxəssis Fabio Qrosso “Lion”dan təklif alıb.
Apasport.az saytı xəbər verir ki, tərəflər ilkin danışıqlara start veriblər.
45 yaşlı məşqçiyə 2025-ci ilədək müqavilə təklif olunub. Qrosso İtaliyada “Bari”, “Verona”, “Breşiya”, “Frozinone” və İsveçrədə “Syon” klublarına başçılıq edib. O, “Lion”a yad sima deyil. Fabio 2007-2009-cu illərdə komandanın şərəfini qoruyub.
Qeyd edək ki, Fransa çempionatına uğursuz start götürən “Lion” cəmi bir xal toplayaraq, sonuncu pillədə qərarlaşıb. Bu nəticələrdən sonra baş məşqçi Loran Blan istefaya göndərilib.
- Jorj Kaşkilya: "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir“
- 9 nömrə Levandovskiyə verildi
- Bir qələbə ilə iki vəsiqə
- “Turan Tovuz”un legioneri: "Qarabağ"a qarşı istədiyin nəticəni qazanmaq çətindir" - Müsahibə
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
0
0