Qvardiola açıqladı - YENİ İLƏ QƏDƏR OYNAMAYACAQ
17.12.2025 - 00:58
“Mançester Siti” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın bu mövsüm aparıcı oyunçularından olan Jeremi Doku zədələnib.
Bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola jurnalistlərə açıqlamasında məlumat verib.
İspaniyalı mütəxəssis belçikalı vingerin 2025-ci ildə meydana çıxa bilməyəcəyini bildirib.
Qeyd edək ki, 23 yaşlı Doku bu mövsüm “Siti”nin heyətində keçirdiyi 22 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rövşən Nəcəf: "Qurban Qurbanovun özündən soruşa bilərsiniz"
- Fransa Polşaya qalib gəlib, 1/4 finala çıxdı - YENİLƏNİB
- Şahin Diniyev: "Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var" - MÜSAHİBƏ
- Elvin Məmmədov: “Davam etmək istəyirəm, özümdə güc hiss edirəm” - MÜSAHİBƏ
- De Bruynenin yeni saç düzümü gündəm oldu
0
0