Qvardiola “Barsa”nın yarımmüdafiəçisini istəyir
13.05.2025 - 20:22
Qvardiola “Barsa”nın yarımmüdafiəçisini istəyir

İspaniya La Liqası təmsilçilərindən "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, futbolçu ilə "Mançester Siti" ilə yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola oyunçunun transferində israrlıdır.

Xatırladaq ki, Olmo "Barsa"ya ötən il "Leypsiq"dən 55 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm kataloniyalıların heyətində meydana çıxdığı 36 rəsmi matçda 11 qol, 6 assistlə yadda qalıb.