Pep Qvardiola İlkay Gündoğanın “Mançester Siti”də qalacağına ümid edir.
Apasport.az saytı xəbər verir ki, bunu ispaniyalı mütəxəssis FA kubokundakı qələbədən sonra dilə gətirib.
“Mançester Yunayted”ə 2:1 hesabı ilə qalib gələn “şəhərlilər”in hər iki qolunun müəllifi məhz Gündoğan olub. Qvardiola klub rəhbərliyinin yeni müqavilə üzərində işlədiyini qeyd edib: “Biz İlkayla qonşuyuq. O, uzun illərdir ən yaxın dostumdur. Gündoğan düşüncələrimi əla anlayır. Direktor Begiristayn yeni müqavilə üzərində işləyir. İlkay əla mövsüm keçirir”.
Qeyd edək ki, Gündoğanın “Barselona” ilə danışıqlar apardığı və ilkin razılıq əldə etdiyi bildirilir.
- Samir Abasov: "Mutunun cavabını verməliydim"
- Qurban Qurbanov: "İlklərin dadı başqa olur" - MÜSAHİBƏ
- Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”
- Zidan 57 il sonra Braziliya millisinin ilk əcnəbi məşqçisi ola bilər
- Donald Gerye Azərbaycandan getmək istəmir – danışıqlara davam