Qvardiola müqaviləsini uzadacaq
05.08.2022 - 15:37
Pep Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzatmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, İngiltərə klubundan ayrılmağa tələsmir: “Həyatımda nəyisə dəyişmək lazım deyil. Mən xoşbəxtəm. Mövsümün sonunda və ya ortasında yenidən klub rəhbərliyi ilə danışacağıq. Əgər “Mançester Siti” istəsə, müqaviləni uzadacağam. Tələsməyə dəyməz. Hər şey vaxtı çatanda gerçəkləşəcək”.
Qeyd edək ki, Qvardiolanın anlaşması 2023-cü ilin yayında başa çatacaq. Sözləşmənin daha iki il müddətinə artırılması gözlənilir.
- "Çelsi"nin bazasında oğurluq: Klub polisə müraciət etdi
- Ölkəmiz Avropa Kubokunu 1-ci pillədə başa vurub
- Güləşçilərimiz Avropa çempionatında finala vəsiqə qazanıblar
- "Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlanıb
- Azərbaycan avarçəkənləri “Prezident Kuboku 2024”-də növbəti medalı qazanıblar
0
0