Pep Qvardiola Çempionlar Liqasındakı uğurlu seriyasına davam edir.
Apasport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi qitənin ən nüfuzlu klub turnirində 17 matçdır məğlub olmur.
52 yaşlı mütəxəssisin komandası dünən evdə İsveçrə “Yanq Boyz”unu 3:0 hesabı ilə məğlub etdi. Bununla da ispan məşqçinin 2022-ci il sentyabrından başlayan seriyası 17-yə çatıb.
Qeyd edək ki, yalnız üç baş məşqçi Çempionlar Liqasında daha uzun seriya nümayiş etdirib. Lui van Qal və Ottmar Hitsfeld ardıcıl 19 matçda məğlubiyyətsizliyə sevinib. Rekord isə “Mançester Yunayted”in əfsanəvi məşqçisi Aleks Ferqyusona məxsusdur. “Qırmızı şeytanlar” şotlandiyalının rəhbərliyi altında 25 matçda məğlubiyyət üzü görməyiblər.
- Avrokubokların yeni formatı belə olacaq - FOTO
- "Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- "Arsenal" və "Liverpul" 100 milyon avroluq oyunçu üçün mübarizə aparacaq
- Polşalı məşhur qapıçı karyerasını başa vurdu