Rafinya üçün “Nyukasl” variantı
28.04.2023 - 12:32

Rafinya yayda “Barselona”nı tərk edə bilər.
Apasport .az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi klubdakı durumundan narazıdır.
Braziliyalı futbolçu əsasən hücumun sağ cinahında oynadığı üçün əks tərəfdə çıxış etmək istəmir.
Artıq "Nyukasl" fürsətdən yararlanaraq futbolçuya dəvət göndərib. Rafinya isə ingilislərin bu çağırışına hələlik cavab verməyib.
Qeyd edək ki, Braziliya milisinin də şərəfini qoruyan cinah oyunçusu 2022-ci ildən Kataloniya klubunun şərəfini qoruyur. O, davam edən mövsümdə 43 matçda iştirak edərək, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ağasəlim Mircavadov: “Həyəcan keçirirəm, hirslənirəm ki...” - MÜSAHİBƏ
- “Qarabağ”ın baş tutmayan qış transferləri – siyahıda Babakar da olub
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- Millimiz ilk gündə 3 qələbə qazandı
- Yığmalarımız Avropa çempionatında yarışacaq
0
0