Rahim Sterlinq: “Həmin vaxt karyerama son qoyacağam”
                    
                    08.11.2023 - 13:28
                        
                    
                    “Mən də Eden Azar kimiyəm”.
Apasport.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Rahim Sterlinq deyib.
O, özünün “zadəganlar”ın və "Real”ın keçmiş futbolçusu Eden Azarla bənzər tərəflərini açıqlayıb: “Onun kimi futboldan zövq almağı dayandırdığım vaxt karyerama son qoyacağam. Məncə, bundan zövq alarkən futbol oynamaq lazımdır”.
Qeyd edək ki, Azar ötən ay karyerasını başa vurduğunu açıqlayıb.
 
                                
                                0
                                
                                0