Ramos yeni klubunda debüt etdi
                    
                    23.02.2025 - 21:40
                        
                    
                    Serxio Ramos "Monterrey"in heyətində debüt edib.
Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Meksika çempionatında "San Luis"lə qarşılaşıb.
Monterrey təmsilçisi bu görüşdə qalib gəlib - 3:1.
İspaniyalı futbolçu matça kapitan kimi başlayıb. O, 80-ci dəqiqədə əvəz olunub.
Qeyd edək ki, Ramos sonuncu dəfə 2024-cü ilin mayında "Sevilya"nın heyətində meydana çıxıb.
                                
                                0
                                
                                0