“Real” 13 ildən sonra
12.09.2022 - 00:00

“Real” mövsümün startında ardıcıl 7-ci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Madrid klubu İspaniya La Liqasının V turunda “Malyorka” ilə görüşüb.
Karlo Ançelottinin yetirmələri 4:1 hesablı qələbə qazanıb. “Kral klubu” La Liqada 5 oyunda 15 xal toplayıb və çempionatın lideridir. Madridlilər UEFA Superkuboku və Çempionlar Liqasındakı ilk matçda da qalib gəlib.
“Real” 13 ildən sonra La Liqaya belə uğurlu başlayıb. “Kral klubu” 2009/10 mövsümündə də çempionatın ilk 5 turunu itkisiz keçib.
- Premyer Liqa: “Çelsi” 3 xalı 1 qolla qazanıb
- Yens Anderson: "Öz oyunçularımızı yetişdirmək istəyirik"
- Aleksandr Çertoqanov: “Onları Azərbaycan millisinə dəvət etmək mümkündür” - MÜSAHİBƏ
- Azərbaycan və Bolqarıstan arasında ağırlıqqaldırma sahəsində görüş keçirilib
- Qurban Qurbanov: "Tam istədiyimiz formada deyilik"
0
0