
"Real Madrid"də futbolçularla baş məşqçi Karlo Ançelotti arasında fikir ayrılığı yaranıb.
Apasport.az "The Athletic" nəşrinə istinadla xəbər verir ki, bir neçə komanda oyunçusu 64 yaşlı mütəxəssisdən narazılıq edib.
Bir qrup futbolçu qeyri-sabit oyun praktikasından, eləcə də “kral” klubunun qeyri-müəyyən gələcəyindən narazıdır.
Luka Modriç, Kepa Arrizabalaqa, Arda Gülər, Nikolas Paz və Naço Fernandez italiyalı mütəxəssisdən razır deyil.
Xatırladaq ki, Ançelotti 2021-ci ilin yayından Madrid nəhənginin baş məşqçisidir. Tərəflər arasında mövcud müqavilə 2025/2026 mövsümünün sonunda başa çatır.
- Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
- Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Azərbaycan çempionu avrokubokla vidalaşdı – YENİLƏNİB
- “Qarabağ” millimizin üzvü ilə müqavilə yeniləmək istəyir
- “Qarabağ” - “Sürix” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR